“Ani ödənişlər sistemi” bu il istifadəyə veriləcək - Fərid Osmanov

13:48 12.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” cari ildə istifadəyə veriləcək.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov fevralın 12-də keçirilən “Visa Cashless Forum”unda deyib.

O bildirib ki, ilkin mərhələ ilin birinci yarısında, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.